Qazaxıstan DTK Nazarbayevin qardaşı oğlunun sədrin birinci müavini olaraq qaldığını təsdiqləyib

2022/01/61e0f-1642137738.jpg
Oxunub: 732     10:18     14 Yanvar 2022    
Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Samat Abişin idarə sədrinin birinci müavini postunu tutmaqda davam etdiyini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə cümə günü Qazaxıstan DTK-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, hazırda məzuniyyətdədir.

Qeyd edək ki, Samat Abiş Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qardaşı oğludur.

Bundan əvvəl sosial şəbəkələrdə Abişin artıq Qazaxıstan DTK sədrinin birinci müavini vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   DTK  


Bizi "telegram"da izləyin