Ermənistan, Tacikistan və Qırğızıstanın sülhməramlı kontingenti Almaatını tərk edib

2022/01/61dd3-1642076135.jpg
Oxunub: 674     09:15     14 Yanvar 2022    
Ermənistan, Tacikistan və Qırğızıstandan olan KTMT sülhməramlılarının bölmələri Almaatıdan çıxaraq daimi dislokasiya yerlərinə yola düşüblər.

Ordu.az xəbər verir ki, Ermənistandan olan bölmələr Rusiyaya məxsus üç “İl-76” hərbi təyyarəsi ilə Almaatı aerodromundan havaya qalxıb.

Tacikistanlı hərbçilər bayram günlərində Qazaxıstanın hərbi təhsil müəssisələrində təhsil alan kursantlarını da götürərək Rusiyaya məxsus bir “İl-76” hərbi təyyarəsi ilə yola düşüblər.

Qırğızıstan sülhməramlıları isə zirehli hərbi texnikalarla təxminən 250 km-lik məsafədə dövlət sərhədinə doğru istiqamətləniblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Qazaxıstan  


Bizi "telegram"da izləyin