Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Qeyd olunub ki, ötən ilin dekabrında hər şey bahalaşıb.
“Məsələn, şəkərin qiyməti 2,2 faiz bahalaşıb, süd məhsulları bazarında inflyasiya isə 1,6 faiz təşkil edib. Vacib qida hesab edilən çörəyin də qiyməti qalxıb: bu bazarda inflyasiya rəsmi olaraq 1,6% təşkil edib. Unun qiyməti 1,5%, makaron məmulatının qiyməti 2,7%, düyünün qiyməti 2,9% bahalaşıb”, - deyə bildirilib.
Nəşr vurğulayıb ki, 2021-ci ilin dekabr ayında yumurtanın qiyməti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,7% artıb.
“Bu qiymət artımları fonunda Ermənistan hökuməti bu il ölkə vətəndaşının daha yaxşı yaşayacağına söz verir. Yanvarın 1-dən pensiya və müavinətlər 3000 dram artıb, gəlir vergisi azalıb. Lakin hakimiyyət bahalaşmaları unudur”, - deyə “Joğovurd” yazıb.
Alpər Mövludoğlu
Ordu.az