Erməni politoloq: “Paşinyan Qarabağın Azərbaycan tərkibində olmalı olduğuna işarə etdi”

2022/01/timth-1642069786.jpg
Oxunub: 991     21:29     14 Yanvar 2022    
“Əvvəla, gəlin başa düşək ki, son hadisələrdə hansı rasional səbəb ola bilər”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Beniamin Poğosyan deyib.

Onun sözlərinə görə, Azərbaycan ən azından dolayı yolla Ermənistanın Qarabağı Azərbaycan hesab etdiyinə dair təminat almaq və Zəngəzurdan Naxçıvana doğru yollar qazanmaq istəyirdi.

“Sanki dekabrın əvvəllərindən başlayaraq bu problemlər həll edildi, dekabrın 14-də Brüsseldə razılıq əldə olundu ki, Zəngəzurda ən azından dəmir yolu (İrəvan-Arazdəyən-Ordubad-Mehri-Horadiz-Bakı) fəaliyyət göstərəcək. Dekabrın 24-də isə öz mətbuat konfransı zamanı Baş nazir qeyd etdi ki, Qarabağın Azərbaycan tərkibində ola bilməcəyinə dair sıfır faiz şans var. O, faktiki olaraq Qarabağın Azərbaycan tərkibində olmalı olduğuna işarə etdi”, - deyə Poğosyan qeyd edib.

O bildirib ki, dekabrın 14-də Brüsseldə keçirilən görüş, ardınca dekabrın 24-də Paşinyanın mətbuat konfransı, əslində, Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə bağlı idi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Erməni politoloq: “Paşinyan Qarabağın Azərbaycan tərkibində olmalı olduğuna işarə etdi”

2022/01/timth-1642069786.jpg
Oxunub: 992     21:29     14 Yanvar 2022    
“Əvvəla, gəlin başa düşək ki, son hadisələrdə hansı rasional səbəb ola bilər”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Beniamin Poğosyan deyib.

Onun sözlərinə görə, Azərbaycan ən azından dolayı yolla Ermənistanın Qarabağı Azərbaycan hesab etdiyinə dair təminat almaq və Zəngəzurdan Naxçıvana doğru yollar qazanmaq istəyirdi.

“Sanki dekabrın əvvəllərindən başlayaraq bu problemlər həll edildi, dekabrın 14-də Brüsseldə razılıq əldə olundu ki, Zəngəzurda ən azından dəmir yolu (İrəvan-Arazdəyən-Ordubad-Mehri-Horadiz-Bakı) fəaliyyət göstərəcək. Dekabrın 24-də isə öz mətbuat konfransı zamanı Baş nazir qeyd etdi ki, Qarabağın Azərbaycan tərkibində ola bilməcəyinə dair sıfır faiz şans var. O, faktiki olaraq Qarabağın Azərbaycan tərkibində olmalı olduğuna işarə etdi”, - deyə Poğosyan qeyd edib.

O bildirib ki, dekabrın 14-də Brüsseldə keçirilən görüş, ardınca dekabrın 24-də Paşinyanın mətbuat konfransı, əslində, Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə bağlı idi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin