Erməni-rus “qardaşlığı”nın 7-ci ildönümü – Permyakovdan nə xəbər var?

2020/01/Permy-1578987285.jpg
Oxunub: 1574     15:28     13 Yanvar 2022    
Dünən Gümrü şəhərində dəhşətli cinayətin yeddinci ildönümü idi. 2015-ci il yanvarın 12-də səhər saatlarında Rusiya hərbi bazasının hərbi qulluqçusu Permyakov hərbi bazanın ərazisini tərk edib və rəsmi versiyaya görə su istəmək üçün şəhərin rayonlarından birinə daxil olub, nəticədə uşaqlar da daxil olmaqla 7 nəfərdən ibarət Avetisyan ailəsini güllələyib.

Cinayəti törətməkdə şübhəli bilinən Permyakov Ermənistan-Türkiyə sərhədi yaxınlığında tapıldı və bu, onun sərhədi keçmək niyyətində olması barədə fərziyyələrə səbəb oldu. O, Ermənistan-Türkiyə sərhədinə nəzarət edən rus sərhədçiləri tərəfindən tapıldı.

Rusiya sərhədçilərinin cinayətdə şübhəli bilinən şəxsi tapdıqdan sonra Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verməməsi ictimaiyyətin böyük diqqətini çəkdi. Əvəzində onu Rusiya hərbi bazasına təhvil verdilər, oradan Permyakov hökm çıxana qədər getmədi, hökmdən sonra isə məlum olduğu kimi Rusiyaya köçürüldü.

Məhkəmə hərbi bazada baş tutdu. Faktiki olaraq Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan vətəndaşlarının qətlində şübhəli bilinən şəxsi tam araşdırmaq imkanından məhrum oldular. Rusiya sərhədçiləri Permyakovu tapdıqdan sonra onu Ermənistan tərəfinə verməli idi.

Rusiya hərbi bazasında keçirilən məhkəmə prosesi Permyakovun 10 il müddətinə azadlıqdan məhrum edilməsi ilə yekunlaşdı. Rusiya Permyakovun Ermənistan tərəfinə verilməməsini öz Konstitusiyası ilə izah edir. Buna əsasən Rusiya vətəndaşı heç bir başqa dövlətin hüquq-mühafizə orqanlarına ekstradisiya oluna bilməzdi.

Cinayət törədən şəxsin cəmi 10 il həbs cəzası alması anlaşılmaz olduğu kimi, bu izahat erməni cəmiyyəti üçün qəbuledilməz idi. Yeddi il əvvəl baş vermiş müəmmalı qətl hadisəsinin hələ də erməni ictimaiyyətini maraqlandıran, cinayətin rəsmi versiyasına inamsızlıqdan, baş verənlərin məişət xarakterli olmasından tutmuş, Rusiyanın münasibətinə və hökmə qədər bir çox sualları var.

Niyə Rusiya Permyakovu dərhal “xilas etdi”, hətta erməni-rus hüquqi tənzimlənməsini pozdu? Moskva nəyisə gizlətmək niyyətində idi, yoxsa erməni cəmiyyətinin böyük hiddəti ilk növbədə Rusiyaya qarşı yönəldiyi üçün Permyakovun törətdiyi cinayətin Rusiyanı vurmaq məqsədi daşıdığından şübhələnirdi? Üstəlik Gümrüdə Rusiyaya qarşı kütləvi aksiyalar keçirilib, onlara İrəvandan olan şəxslər da qoşulmuşdu. Bəs bu halda Rusiya nə əldə etdi?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya  

Erməni-rus “qardaşlığı”nın 7-ci ildönümü – Permyakovdan nə xəbər var?

2020/01/Permy-1578987285.jpg
Oxunub: 1575     15:28     13 Yanvar 2022    

Bizi "telegram"da izləyin