Erməni təxribatlarının qarşısını almağın yeni vasitəsi – Paşinyan nədən qaçır?

2021/10/image-1633775889.jpg
Oxunub: 2519     15:57     13 Yanvar 2022    
Bir beçə gün öncə, yanvarın 11-i günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Daha sonra düşmən gecə saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Rəsmi məlumata görə, Ermənistan ordusunun 3 itkisi var. Müəyyən məlumatlara görə isə, düşmən 6-8 nəfər itki verib.

Ümumilikdə isə kifayət qədər mürəkkəb beynəlxalq şəraitdə vəziyyət olduqca gərgindir, ən azı iki istiqamətdə kifayət qədər yüksək gərginlik var. Bunlardan birinisi Qazaxıstandır, oraya KTMT müdaxilə edib və hazırda vəziyyət sabitəşir. Digəri isə Avropada ABŞ-Rusiya danışıqlarıdır ki, hələlik tərəflər barışmaz mövqe sərgiləyirlər.

Bunun fonunda Ermənistan sərhəddə təxribat törədir. Bu, şübhəsiz ki, İrəvanın regionda marağı olan aktorlar üçün problem, gərginlik və ya həyəcan yaratmağa cəhd etməsi deməkdir. Və ola bilsin ki, cəhd edən dolayı yolla İrəvan deyil.

Yanvarın 11-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Karen Donfrid Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə telefon danışığı aparıb. Bu mürəkkəb siyasi vektorlara paralel olaraq erməni cəmiyyəti də yeni itkiləri həzm edə bilmir və təbii ki, Paşinyan hakimiyyəti qarşısında bunun nə qədər davam edəcəyi sualını gündəmə gətirir.

Bununla belə, bu suallar mübahisələrlə doludur. Sırf “həll” mənasında bu daimi toqquşmaların qapalı zəncirinin Ermənistanın və onun müxtəlif havadarlarının Azərbaycana qarşı qurduqları plan olduğu şübhəsizdir.

Paşinyan üçün insan həyatı qiymətsizdir, biz cəmiyyət olaraq buna son bir neçə ildə Vətən müharibəsi və Ermənistanın Azərbaycan qarşı siyasi şantaj vasitəsi kimi sərhəddə qətl alətindən istifadə etməyə başladığı zaman əmin olmuşuq.

Bu, Ermənistanın on ildən artıqdır ki, içində olduğu həqiqətən də çətin vəziyyətdir. Lakin bu vəziyyətdən çıxış yolu hərbi deyil, siyasidir. Paşinyan isə yaxşı bilir ki, siyasi problemlərlə üzləşsə tamamilə dalana dirənəcək. Ona görə də Ermənistanın şantaj siyasətini maksimum siyasi məsələlərə çatdırmağın yollarını, variantlarını və mexanizmlərini özündə ehtiva edən dərin konsepsiyalar hazırlamaq Azərbaycan ictimai-siyasi sahəsində fəaliyyət göstərən aktorların başlıca vəzifəsidir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Təxribat  

Erməni təxribatlarının qarşısını almağın yeni vasitəsi – Paşinyan nədən qaçır?

2021/10/image-1633775889.jpg
Oxunub: 2520     15:57     13 Yanvar 2022    

Bizi "telegram"da izləyin