Ermənistanda müharibə iştirakçılarını bağışlamırlar - Amnistiya prosesi dayandırılıb

2020/09/32321-1599213468.jpg
Oxunub: 483     15:15     14 Yanvar 2022    
Ermənistan İstintaq Komitəsinin təklif etdiyi “Amnistiya haqqında” qanun layihəsi dayandırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, ötən il Ermənistan hökuməti 44 günlük müharibədə iştirak edən, adı hərbi xidmət qaydasının əleyhinə cinayət işlərində hallanan şəxsləri bağışlamaq niyyətində idi.

“Statistik məlumat verilməsə də, amnistiya veriləcəyi təqdirdə nə qədər adamın amnistiyaya cəlb olunacağı məlum olmasa da, həm müharibənin başlamasına, yəni sentyabrın 26-na qədər kiçik və orta ağırlıqda olan cinayət törətməkdə təqsirləndirilən, ittiham olunan və ya bu cinayəti törətdiyinə görə mühakimə olunmuş şəxslərin, həm də hərbi əməliyyatlar dayandırıldıqdan sonra, noyabrın 9-dan martın 24-nə qədər hərbi xidmət qaydasının əleyhinə yönəlmiş cinayəti törətdiyinə görə mühakimə edilmiş hərbi qulluqçuların bağışlanacağı qeyd olunurdu”, - deyə nəşr bildirib.

Müəllif vurğulayıb ki, 44 günlük müharibə ilə bağlı prokurorluqda 1600-dən çox cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Amnistiya  


Ermənistanda müharibə iştirakçılarını bağışlamırlar - Amnistiya prosesi dayandırılıb

2020/09/32321-1599213468.jpg
Oxunub: 484     15:15     14 Yanvar 2022    
Ermənistan İstintaq Komitəsinin təklif etdiyi “Amnistiya haqqında” qanun layihəsi dayandırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, ötən il Ermənistan hökuməti 44 günlük müharibədə iştirak edən, adı hərbi xidmət qaydasının əleyhinə cinayət işlərində hallanan şəxsləri bağışlamaq niyyətində idi.

“Statistik məlumat verilməsə də, amnistiya veriləcəyi təqdirdə nə qədər adamın amnistiyaya cəlb olunacağı məlum olmasa da, həm müharibənin başlamasına, yəni sentyabrın 26-na qədər kiçik və orta ağırlıqda olan cinayət törətməkdə təqsirləndirilən, ittiham olunan və ya bu cinayəti törətdiyinə görə mühakimə olunmuş şəxslərin, həm də hərbi əməliyyatlar dayandırıldıqdan sonra, noyabrın 9-dan martın 24-nə qədər hərbi xidmət qaydasının əleyhinə yönəlmiş cinayəti törətdiyinə görə mühakimə edilmiş hərbi qulluqçuların bağışlanacağı qeyd olunurdu”, - deyə nəşr bildirib.

Müəllif vurğulayıb ki, 44 günlük müharibə ilə bağlı prokurorluqda 1600-dən çox cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Amnistiya  


Bizi "telegram"da izləyin