Litva Rusiya ordusunun güclənməsi fonunda raket sistemlərinin alınmasını sürətləndirir

2022/01/V7OLD-1642056511.jpg
Oxunub: 888     19:12     13 Yanvar 2022    
Litva hökuməti Rusiyanın Ukrayna ilə sərhədində hərbi güclənməsi fonunda Yaylım Atəşli Reaktiv Sistemlərin (YARS) alınmasını sürətləndirmək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Litva Müdafiə naziri Arvidas Anuşauskas məlumat yayıb.

Sistemin 2026-cı ildə satın alınması qərarını Litvanın prezidenti, baş naziri, müdafiə naziri, parlament sədri və müdafiə nazirindən ibarət Dövlət Müdafiə Şurası qəbul edib.

“Dövlət Müdafiə Şurası düşünür ki, mövcud təhlükəsizlik təhdidləri qarşısında Litva Ordusunun çağırışçıların sayının artırılması və daha çox imkanların əldə edilməsinə ehtiyacı var”, - deyə nazir bildirib.

Yerli müşahidəçilər bildirirlər ki, nazirlik “Lockheed Martin” şirkətinin M270 YARS-larını sifariş etməyi planlaşdırır.

Keçən ilin dekabrında Anuşauskas və onun iki həmkarı – Estoniya Müdafiə naziri Kalle Laanet və Latviya Müdafiə naziri Artis Pabriks üç Baltikyanı dövlətin öz ordusu üçün YARS alacaqları barədə razılığa gəliblər.

Estoniyanın 2031-ci ilə qədər Milli Müdafiə İnkişafı Planı ölkənin “düşmənə uzaqdan dolayı atəşlə təsir etmək qabiliyyətini” artırmaq üçün silahların alınmasını nəzərdə tutur. Estoniya hərbi rəsmiləri bildiriblər ki, raketlər bu il sifariş oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Rusiya  


Bizi "telegram"da izləyin