“Boeing” Almaniyaya F-18 döyüş təyyarəsi alması üçün təkliflər irəli sürüb

2022/01/3COOR-1642056474.jpg
Oxunub: 710     13:15     15 Yanvar 2022    
ABŞ-ın “Boeing” şirkəti Almaniyanın yeni hökumətinin F-18 döyüş təyyarəsi alması üçün təkliflər irəli sürüb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Berlin hökuməti F-18 almağa qərar verərsə, “Boeing” Almaniyada təchizat şəbəkəsini genişləndirməyə hazırdır.

Şirkət satın alınacaq F-18-lərin “Super Hornet” və “Growler” variantlarını dəstəkləmək üçün 10-dan çox yerli şirkətə müraciət etdiyini açıqlayıb. Şirkət yerli tərəfdaşların adlarını açıqlanmasa da, “Boeing” bu yardımın təxminən 3,5 milyard avro (4 milyard ABŞ dolları) dəyərində sövdələşmələr təşkil edəcəyini iddia edib.

Almaniyanın yeni hökuməti ölkənin Hərbi Hava Qüvvələrinin istifadə etdiyi “Tornado” qırıcılarını əvəz etmək üçün yeni təyyarələr axtarır. Hökumət “Lockheed Martin” istehsalı F-35 “Lightning II” qırıcılarının alınmasını yenidən nəzərdən keçirir. Məlumata görə, məsələni Almaniyanın müdafiə naziri Kristin Lambrext kansler Olaf Şolzla müzakirə edib. Merkel hökuməti “Tornado” təyyarələrini F-18 döyüş təyyarələri ilə əvəz etmək qərarına gəlmişdi.

Almaniya “Tornado” qırıcılarının tapşırıqlarını yerinə yetirəcək və nüvə silahı daşıya bilən qırıcı-bombardmançıya ehtiyac olduğunu vurğulayır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boeing   Almaniya  


Bizi "telegram"da izləyin