Hindistan və Çin ordusunun komandirləri sərhəddəki vəziyyəti müzakirə edib

2022/01/X6Y5R-1642056364.jpg
Oxunub: 623     17:21     13 Yanvar 2022    
Hindistan və Çin ordusunun komandirləri 20 aylıq gərginliyi azaltmaq məqsədilə sərhəd boyunca əsas bölgədən qoşunların çıxarılmasını müzakirə etmək üçün çərşənbə günü görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan Ordusu məlumat yayıb.

Məlumatda bildirilib ki, danışıqların 14-cü raundu Çin tərəfində keçirilir və çox güman ki, çərşənbə və ya cümə axşamı günü yekunlaşacaq.

Tərəflər artilleriya qurğuları, tanklar və döyüş təyyarələri ilə dəstəklənən on minlərlə hərbi qulluqçudan ibarət qoşunlarını faktiki nəzarət xətti adlanan sərhəd boyunca yerləşdiriblər. 2020-ci ildə iki ölkə arasına baş verən toqquşmada Hindistan ordusunun 20, Çin ordusunun 4 hərbi qulluqçusu ölmüşdü.

Komandirlər səviyyəsində danışıqlar üç aylıq fasilədən sonra keçirilir. Oktyabrdakı əvvəlki raund Çinin Hindistanı “əsassız və qeyri-real tələblər irəli sürməkdə, danışıqlara problemlər əlavə etməkdə” günahlandırması ilə dayandırılmışdı.

Hindistan ordusunun rəisi Manoj Mukund Naravane Şərqi Ladaxdakı hazırkı vəziyyəti “sabit və nəzarət altında” adlandırıb. Lakin o, Yeni Dehlidə jurnalistlərə bildirib ki, Hindistan Çinin vəziyyəti güc yolu ilə dəyişməsinə icazə verməyəcək.

Keçən ilin fevralından Hindistan və Çin Panqonq Tso, Qoqra və Qalvan vadisinin şimal və cənub sahillərindəki bəzi ərazilərdən qoşunlarını çıxarıblar, lakin əlavə qüvvələri saxlamağa davam edirlər.

Naravane deyib ki, vəziyyətin deeskalasiyası və qoşunların köhnə mövqelərə qaytarılması danışıqların uğurundan asılıdır.

Faktiki Nəzarət Xətti Çin və Hindistanın nəzarətində olan əraziləri qərbdəki Ladaxdan Hindistanın şərqindəki Arunaçal Pradeş əyalətinə qədər ayırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hindistan   Çin  

Hindistan və Çin ordusunun komandirləri sərhəddəki vəziyyəti müzakirə edib

2022/01/X6Y5R-1642056364.jpg
Oxunub: 624     17:21     13 Yanvar 2022    

Bizi "telegram"da izləyin