Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Təlimlərin təxirə salınmasına səbəb qarşıdan gələn prezident seçkiləri göstərilir.
Hazırda hərbi təlimlərin keçirilməsinin Seulun Şimali Koreya ilə dialoqu bərpa etmək səylərinə mane ola biləcəyi də ehtimal edilir.
Ənənəvi olaraq, Cənubi Koreya və ABŞ ildə iki dəfə, mart və avqust aylarında birgə təlimlər keçirir. Pxenyan bu cür təlimlərin keçirilməsinə tənqidi reaksiya verir, onların KXDR-ə qarşı yönəldiyini bildirir.
Sevinc Əliyeva
Ordu.az