Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hökumət yeni təyyarələrin alınması üçün 413.67 milyon dollar büdcəni artıq təsdiqləyib. Nazirlər Kabineti 2023-cü maliyyə ilindən başlayaraq ölkənin köhnə F-16 təyyarələrinin bəzilərini əvəz edəcək qırıcıların alınmasına razılıq verib.
Hazırda Tailandda İsveçin “Saab” şirkəti tərəfindən istehsal olunan 12 ədəd JAS-39 “Gripen” döyüş təyyarəsi və bəziləri 1980-ci illərin sonundan istifadə edilən onlarla F-16 və F-5 təyyarələri var.
Bu açıqlama Tailand Hərbi Hava Qüvvələrinin komandanı Napadej Dhupatemiyanın ABŞ-ın “Lockheed Martin” şirkətindən səkkiz ədəd F-35 qırıcı təyyarəsinin alınmasına marağını ifadə etməsindən sonra verilib. Napadej beşinci nəsil F-35-ə üstünlük verdiyini bildirib, çünki onun qiyməti bazara ilk çıxdıqdan sonra aşağı düşmüşdü.
İlk F-35A 2007-ci ildə 221 milyon dollara başa gəlirdi, lakin istehsal həcmi artdıqca qiymət keçən ilin iyul ayında təxminən 79 milyon dollara düşdü.
Sevinc Əliyeva
Ordu.az