Tayvan ABŞ-dan əlavə “Patriot” raketləri alacaq

2021/09/Patri-1631602621.jpg
Oxunub: 811     11:52     15 Yanvar 2022    
Tayvan administrasiyası adanın müdafiəsini gücləndirmək üçün ABŞ-dan əlavə “Patriot” raketləri almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Tayvanın “Liberty Times” nəşri yazıb.

Ölkənin hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün alınacaq “Patriot III MSE” raketlərinin 2025 və 2026-cı illərdə tədarük ediləcəyi bildirilib.

Bundan əlavə, Tayvan yeni “Patriot” raketlərinə dəstək və texniki xidmət göstərməsi üçün dekabrın 27-də adada yerləşən Amerika İnstitutu (AIT) ilə müqavilə imzalayıb. 72,66 milyon ABŞ dolları dəyərindəki sövdələşmə “Raytheon” şirkətinin texniki işçilərinin raketlərin yerləşdirilməsinə kömək etmək və 2025-2026-cı illərdə sistemin sabitliyini təmin etmək üçün Tayvana göndərilməsini nəzərdə tutur.

Dekabr ayında Tayvan ABŞ Ordusunun Nyu-Meksikodakı “White Sands” raket poliqonuna iki ildən bir texniki heyət göndərmək əvəzinə, gələcəkdə bunu ada daxilində edə biləcəyini yoxlamaq üçün “Patriot” raketlərinin yenidən sertifikatlaşdırılmasını həyata keçirəcəyini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tayvan   Patriot  


Bizi "telegram"da izləyin