Ermənistanda həbs edilmiş keçmiş əsirlərə qarşı zorakılıq davam edir

2019/12/fe8ad-1577772996.jpg
Oxunub: 780     11:57     14 Yanvar 2022    
“Azərbaycan əsirliyindən qayıtmış və bir aydır həbsdə olan müqaviləli hərbi qulluqçu Aren Aramyanın səhhəti pisləşir və onu cəzaçəkmə müəssisəsində müalicə etmək mümkün deyil”.

Ordu.az xəbər verir ki, bunu Aramyanın vəkili Ara Karapetyan deyib.

Onun sözlərinə görə, Areni bir-iki həkim ziyarət edib, vəziyyətinin pis olduğunu, hərtərfli müayinə olunmalı olduğunu şifahi şəkildə bildirib.

“Lakin hələlik heç bir cavabımız yoxdur, onun xəstəxanaya aparılması üçün cəzaçəkmə müəssisəsinə sorğular göndərsək də, hələ ki, cavab almamışıq. Arendə bir ay əvvəlki vəziyyət mövcuddur”, - deyə erməni vəkil bildirib.

Qeyd edək ki, Aren Aramyan noyabrın 16-da Ermənistanın sərhəddə həyata keçirdiyi təxribatlar zamanı əsir götürülüb. On gün əsirlikdə qaldıqdan sonra erməni tərəfinə təhvil verilib, sonra həbs edilib. O, hazırda “Armavir” cəzaçəkmə müəssisəsindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin