Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Azad vətəndaş” ictimai təşkilatının sədri Hovsep Xurşudyan deyib.
Onun sözlərinə görə, bu, Putinin Ermənistana qarşı mahiyyət etibarı ilə hibrid diplomatiyadan istifadə etməsi ilə bağlıdır.
Xurşudyan bildirib ki, Putin Ərdoğanla nə edirsə, Türkiyəni Qərbdən qoparmaq, Qərblə Ərdoğan arasında münasibətləri gərginləşdirmək üçün edir, indi isə Ermənistanı Qərbdən uzaq saxlamaq üçün eyni şeyi Ermənistanla edir.
Ermənistanın “Azad vətəndaş” ictimai təşkilatının sədri vurğulayıb ki, Ərdoğan halında bu, Türkiyənin bunun üçün çox böyük qiymət ödəməsi ilə xüsusiləşir.
O əlavə edib ki, KTMT-nin gələcəkdə yardım edib-etməyəcəyinə qərar verəcək ölkə Ermənistan deyil.
Alpər Mövludoğlu
Ordu.az