Erməni hüquq müdafiəçisi: “BQ rəisinin vəzifəsindən azad edilməməsi biabırçılıqdır”

2022/01/27137-1642055771.jpg
Oxunub: 857     16:23     13 Yanvar 2022    
Ermənistan Baş Prokurorluğu rəsmən təsdiq edir ki, ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana qarşı Cinayət Məcəlləsinin 375-ci maddəsinin 3-cü hissəsi, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və ya idarəetmə hərəkətsizliyi ilə ittiham irəli sürülüb.

Ordu.az xəbər verir ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri, erməni hüquq müdafiəçisi Artur Sakunts mövcud vəziyyətin biabırçılıq olduğunu bildirib.

Onun sözlərinə görə, Artak Davtyan vəzifəsindən azad edilməyibsə, lakin təqsirləndirilən şəxs qismində cəlb edilsə, onda sual yaranır ki, məgər cinayət işinin açılmasının əsası olan faktın mövcud olmadığını güman etmək lazımdır?

“Əks halda, bu fakt mövcuddursa və bunun əsaslandırılmasıyla o, vəzifəsindən azad edilməyibsə, bu halda niyə Davit Tonoyan (Ermənistanın keçmiş müdafiə naziri - red.) vəzifəsindən azad edilib və həbs edilib?”, - deyə Sakunts qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Cinayət  


Bizi "telegram"da izləyin