“BQ rəisi artıq lazım deyil, onu lazımsız əşya kimi atmaq, məhv etmək olar” - Erməni jurnalist

2022/01/fg456-1641982597.jpg
Oxunub: 371     10:15     14 Yanvar 2022    
“Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana “Keyfiyyətsiz raketlər” işi üzrə ittiham irəli sürülüb”.

Ordu.az xəbər verir ki, bunu erməni jurnalist, ekspert Nairi Hoxikyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 3-cü hissəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və digər ittihamların əsaslandırılması halında Artak Davtyana 4-8 illik həbs cəzası gözlənilir.

“Beləliklə, Nikol Paşinyan 2021-ci ilin yazında, özü üçün çətin anda biabırçı tərcümeyi-hala malik olan Artak Davtyandan istifadə etdi, onun köməyi ilə öz problemlərini həll etdi, həmin Artak Davtyanın hərəkətsizliyi sayəsində ordunun döyüş qabiliyyətinə xeyli ziyan vurdu, indi isə Artak Davtyan artıq lazım deyil, onu lazımsız əşya kimi atmaq, məhv etmək olar”, - deyə Hoxikyan qeyd edib.

O bildirib ki, yaxın günlərdə Artak Davtyanın həbs olunacağından əmindir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BQ-rəisi   Həbs  


“BQ rəisi artıq lazım deyil, onu lazımsız əşya kimi atmaq, məhv etmək olar” - Erməni jurnalist

2022/01/fg456-1641982597.jpg
Oxunub: 372     10:15     14 Yanvar 2022    
“Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana “Keyfiyyətsiz raketlər” işi üzrə ittiham irəli sürülüb”.

Ordu.az xəbər verir ki, bunu erməni jurnalist, ekspert Nairi Hoxikyan bildirib.

Onun sözlərinə görə, Ermənistan Cinayət Məcəlləsinin 375-ci maddəsinin 3-cü hissəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və digər ittihamların əsaslandırılması halında Artak Davtyana 4-8 illik həbs cəzası gözlənilir.

“Beləliklə, Nikol Paşinyan 2021-ci ilin yazında, özü üçün çətin anda biabırçı tərcümeyi-hala malik olan Artak Davtyandan istifadə etdi, onun köməyi ilə öz problemlərini həll etdi, həmin Artak Davtyanın hərəkətsizliyi sayəsində ordunun döyüş qabiliyyətinə xeyli ziyan vurdu, indi isə Artak Davtyan artıq lazım deyil, onu lazımsız əşya kimi atmaq, məhv etmək olar”, - deyə Hoxikyan qeyd edib.

O bildirib ki, yaxın günlərdə Artak Davtyanın həbs olunacağından əmindir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BQ-rəisi   Həbs  


Bizi "telegram"da izləyin