Nazarbayevdən nə qədər tələb edəcəklər?

2022/01/nazar-1641578799.jpg
Oxunub: 1354     20:38     13 Yanvar 2022    
Qazaxıstan prezidenti Tokayev bəyan edib ki, ölkədə fəaliyyət göstərən iri şirkətlər qazax xalqına dəstək olmalıdır, bu, xüsusi fond vasitəsilə həyata keçiriləcək. Tokayevin xüsusilə dedikləri diqqət çəkir. O qeyd edib ki, “birinci prezidentin sayəsində Qazaxıstanda çoxlu iri şirkətlər yaranıb” və indi onların xalqa dəstək verməsi vaxtıdır.

İlk prezident 30 il ölkəni idarə edən Nursultan Nazarbayev idi. O, 2019-cu ildə bu vəzifəni Tokayevə təhvil verdi və özü mahiyyətcə qüvvələr blokunun rəhbəri olan Təhlükəsizlik Şurasının sədri oldu. Məhz bu blok, “Qazax inqilabı” günlərində Tokayevə tabe olmaqdan imtina etdi, bundan sonra o, Nazarbayevi vəzifəsindən uzaqlaşdırdı, Təhlükəsizlik Şurasının sədri postunu tutdu, eyni zamanda KTMT-yə, əslində Rusiyaya müraciət etdi. Nəticədə Tokayev faktiki olaraq hakimiyyəti saxladı. İndi o, Qazaxıstanda vəziyyətin sabitləşdiyini bəyan edir.

Burada əslində Tokayev bildirir ki, Nazarbayevin hesabına zənginləşən şirkətlər və ya insanlar indi bunun bədəlini ödəməlidirlər. Başqa sözlə, Tokayev bəyan edir ki, Qazaxıstanda onun tabeliyində olan klana mənsub hüquq-mühafizə orqanlarının rəhbərlərinin cəhd etdiyi sosial narazılığa qarşı çevriliş cəhdinin əvəzini Nazarbayev ödəməlidir. Onların bəziləri həbs edilib, bəziləri hətta intihar ediblər.

Tokayev əslində Rusiyanın yardımı ilə Qazaxıstanda monopoliya qurur və ya hakimiyyətin tək sahibinə çevrilir, ilk növbədə Nazarbayevin köməyi ilə varlananların üzərinə öhdəlik qoyur. Maraqlıdır, söhbət hansı həcmdən gedir?

Tokayev hökumətə bu böyük şirkətlərin, başqa sözlə, zənginlərin siyahısını tərtib etməyi tapşırdığını bildirib. Maraqlıdır, onlara Tokayevin dediyi kimi, xalqa kömək etmək üçün ödəməli olduqları məbləği təqdim etmək tapşırılıbmı? Hər halda həmin Tokayev hadisənin vurduğu ziyanın 2-3 milyard dollar olduğunu açıqladı. Yəni Nazarbayevdən bu qədər tələb edəcəklər?

Sevinc Əliyeva  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nazarbayev   Qazaxıstan  


Bizi "telegram"da izləyin