Litva Silahlı Qüvvələri “Carl-Gustaf” sazişinə qoşulur

2021/07/20210-1626940802.jpg
Oxunub: 948     15:42     15 Yanvar 2022    
İsveçin “Saab” şirkəti Litva Müdafiə Nazirliyi ilə “Carl-Gustaf M4” silahı və onun sursatları üçün çərçivə sazişi imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə ilə Litva Silahlı Qüvvələri İsveç, Estoniya və Latviya ilə eyni “Carl-Gustaf” sazişinə qoşulacaq. Litva 1990-cı illərin ortalarından “Carl-Gustaf” sisteminin istifadəçisidir.

2014-cü ildə “Carl-Gustaf M4” təqdim edildikdən sonra “Saab” sistem üçün 14 müxtəlif ölkə ilə müqavilə imzalayıb.

ABŞ ordusunda M3E1 də adlandırılan “Carl-Gustaf M4” (CGM4) İsveçin “Saab” şirkəti tərəfindən istehsal edilən “Carl-Gustaf” ailəsində çoxməqsədli tank əleyhinə silah sistemlərinin ən son nəslidir. “Carl-Gustaf M4”ün əsas xüsusiyyəti müasir piyadalar üçün çoxməqsədli silah olmasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   İsveç  


Bizi "telegram"da izləyin