Filippin ordusuna İsrail istehsalı “Cardom” özüyeriyən minaatanları tədarük edilib

2022/01/Phili-1641972039.jpg
Oxunub: 493     12:23     15 Yanvar 2022    
İsrail Filippin ordusuna 15 ədəd “Cardom” tırtıllı özüyeriyən minaatan komplekslərini təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Filippin hökumətinə bağlı PNA agentliyi məlumat yayıb.

Bundan əvvəl, 2021-ci ilin dekabr ayının sonunda Filippinə “Atmos 2000” Özüyeriyən Artilleriya Qurğuları (ÖAQ) tədarük edilmişdi.

Filippin silahlı qüvvələrinin yaydığı məlumata görə, “Atmos 2000” ÖAQ və yeni M125A2 “Cardom” minaatanları ilə Filippin ordusu hərəkətdə olan qoşunlara dolayı atəş dəstəyi təmin etmək və sürətli yerləşdirmək üçün daha çox atəş gücünə sahib olacaq.

M125A2 tırtıllı zirehli avtomobilə quraşdırılmış “Cardom” 120 mm minaatan sistemi dörd personaldan ibarət ekipaj tərəfindən idarə olunan maksimum atəş məsafəsi 7000 metr və dəqiqədə 16 mərmi maksimum atəş sürətinə malik avtonom, kompüterləşdirilmiş sistemdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   İsrail  


Filippin ordusuna İsrail istehsalı “Cardom” özüyeriyən minaatanları tədarük edilib

2022/01/Phili-1641972039.jpg
Oxunub: 494     12:23     15 Yanvar 2022    
İsrail Filippin ordusuna 15 ədəd “Cardom” tırtıllı özüyeriyən minaatan komplekslərini təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə Filippin hökumətinə bağlı PNA agentliyi məlumat yayıb.

Bundan əvvəl, 2021-ci ilin dekabr ayının sonunda Filippinə “Atmos 2000” Özüyeriyən Artilleriya Qurğuları (ÖAQ) tədarük edilmişdi.

Filippin silahlı qüvvələrinin yaydığı məlumata görə, “Atmos 2000” ÖAQ və yeni M125A2 “Cardom” minaatanları ilə Filippin ordusu hərəkətdə olan qoşunlara dolayı atəş dəstəyi təmin etmək və sürətli yerləşdirmək üçün daha çox atəş gücünə sahib olacaq.

M125A2 tırtıllı zirehli avtomobilə quraşdırılmış “Cardom” 120 mm minaatan sistemi dörd personaldan ibarət ekipaj tərəfindən idarə olunan maksimum atəş məsafəsi 7000 metr və dəqiqədə 16 mərmi maksimum atəş sürətinə malik avtonom, kompüterləşdirilmiş sistemdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   İsrail  


Bizi "telegram"da izləyin