Cənubi Koreya insansız quru platformalarından istifadə etməyə başlayıb

2022/01/20220-1641971685.jpg
Oxunub: 660     12:40     15 Yanvar 2022    
Cənubi Koreya ordusu altı aylıq sınaqdan sonra yeni çoxməqsədli insansız quru platformalarını ölkənin cəbhəyanı sərhəd bölgələrində yerləşdirməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Defense Post” nəşri yazıb.

“Hyundai Rotem” tərəfindən hazırlanmış iki platforma əməliyyat sınaqları üçün 2021-ci ilin ortalarında Cənubi Koreya Ordusuna təhvil verilib. Xidmət onların müxtəlif relyeflərdə uzaqdan və yolsuzluqda avtonom şəkildə idarə etmə imkanlarını sınaqdan keçirib.

Müdafiə şirkətinin məlumatına görə, altı təkərli insansız platformalar real vaxt rejimində 4 kilometr məsafəyə qədər olan görüntüləri aşkar edə bilən kameralarla təchiz edilib. Onlar, həmçinin uzaqdan idarə olunan döyüş moduluna malikdir və 200 kiloqramdan çox yük daşıya bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   Platforma  


Bizi "telegram"da izləyin