Ermənistan MN itki və yaralılarının sayını açıqladı - Düşmən real sayı gizlədir

2021/12/16142-1639130797.jpg
Oxunub: 6851     21:55     11 Yanvar 2022    
Xəbər verdiyimiz kimi, ilkin məlumatlara görə, erməni təxribatı nəticəsində hərbi qulluqçumuzun şəhid olmasından sonra düşmənin 2 itkisi və yaralıları var.

Ordu.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi təxribata cəhd edən 2 erməni hərbi qulluqçunun məhv edilməsini təsdiqləyib.

Məlumata görə, təxribata cəhd edərkən məhv edilən Artur Artyom Mxitaryan (2002-ci il təvəllüdlü) sıravi, Rudik Rafik Qaribyan (2002-ci il təvəllüdlü) isə kiçik çavuş olub.

"Daha iki hərbçi yaralanıb, onların həyatı üçün təhlükə yoxdur.
Saat 21:00 radələrinə olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət nisbətən sabitdir", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   Kəlbəcər  


Bizi "telegram"da izləyin