Məhv edilən təxribatçı erməni hərbçilərin adları açıqlandı - FOTO

2021/07/ermen-1627630794.jpg
Oxunub: 6108     21:30     11 Yanvar 2022    
Xəbər verdiyimiz kimi, erməni təxribatı nəticəsində hərbi qulluqçumuzun şəhid olmasından sonra düşmənin 2 itkisi və 3 yaralısı var.

Ordu.az xəbər verir ki, erməni KİV-ləri məhv edilən təxribatçı hərbi qulluqçuların adlarını açıqlayıb.

Məlumata görə, təxribata cəhd edən Artur Mxitaryan və Rudik Qaribyan adlı erməni hərbi qulluqçular məhv edilib.


Bundan əlavə, hazırda Ermənistan ordusunun üç yaralısı var.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat   Kəlbəcər  


Bizi "telegram"da izləyin