Erməni polkovnikin döyülməsi işi üzrə 1 nəfər 5 il müddətinə azadlıqdan məhrum edilib

2020/09/2223-1599896785.jpg
Oxunub: 970     19:18     11 Yanvar 2022    
Ağrı və Dərələyəz bölgələrində yerləşən ümumi yurisdiksiya məhkəməsində erməni hakim Harutyun Petrosyanın sədrliyi altında keçirilən iclasda Keşişkənd şəhərində erməni polkovnik-leytenant Ara Mxitaryanı amansızcasına döymək işi üzrə Dərələyəz bölgəsində yerləşən vilayətin keçmiş rəisi, hakim Vətəndaş Müqaviləsi Partiyasından olan erməni deputat Trdat Sarkisyanın keçmiş köməkçisi Harutyun Qriqoryana 5 illik həbs cəzası verilib.

Ordu.az xəbər verir ki, bu barədə Qriqoryanın vəkili Levon Sahakyan bildirib.

Hökmə əsasən, Harutyun Qriqoryan Ermənistan Cinayət Məcəlləsinin 112-ci maddəsinin 2-ci hissəsinin 6-cı bəndi (bir qrup şəxs tərəfindən qəsdən şəxsin sağlamlığına ağır zərər vurma) ilə təqsirli bilinib.

Xatırladaq ki, polkovnik-leytenant Ara Mxitaryan 2019-cu il sentyabrın 18-də Dərələyəz bölgəsində yerləşən Keşişkənd şəhərinin Arsenyan küçəsindəki binalardan birinin həyətində şiddətli şəkildə döyülüb və iki ilə yaxındır ki, komadadır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin