Ordu.az xəbər verir ki, bu barədə ölkənin DAP agentliyi məlumat yayıb.
Məlumata görə, məsələni Almaniyanın müdafiə naziri Kristin Lambrext kansler Olaf Şolzla müzakirə edib.
Lambrextin sələfi Anneqret Kramp-Karranbauer 40 il əvvəl Almaniya Hərbi Hava Qüvvələrinin inventarına alınan “Tornado” təyyarəsini F-18 döyüş təyyarələri ilə əvəz etmək qərarına gəlmişdi.
Bu məsələ Şolz və Lambrext arasında yenidən müzakirə edilib. Yeni Almaniya hökumətinin məqsədi daha müasir F-35 təyyarələrinin alınmasının alternativ olub-olmadığını və “Eurofighter”in “Tornado” eskadrilyasının ikinci missiyası üçün nəzərdən keçirilə biləcəyini bir daha aydınlaşdırmaqdır.
Almaniya hökuməti həmçinin “Heron TP” PUA-larının silahlanıb-silahlanmaması ilə bağlı danışıqlar aparır.
Yeni hökumətdə təmsil olunan partiyalar arasında PUA-ların silahlandırılması ilə bağlı razılaşma əldə edilib. Koalisiya hökuməti həmçinin “Tornado” döyüş təyyarələrini əvəz edəcək bir təyyarə almaq üçün birgə qərar qəbul edib. Köhnə plana əsasən, Almaniya hökuməti 45 ədəd F-18 “Super Hornet” döyüş təyyarəsi alacaqdı.
Sevinc Əliyeva
Ordu.az