Ordu.az xəbər verir ki, bunu erməni kartoqraf Ruben Qaliçyan bildirib.
Onun sözlərinə görə, ermənilər bütün bu problemləri və yolları SSRİ-dən irs alıblar.
“Əvvəllər Naxçıvana gedən yol tam deyildi, bəzi hissələr çatışmırdı. Ola bilər ki, indi gətirib tamamlasınlar”, - deyə Qaliçyan qeyd edib.
Erməni kartoqraf vurğualyıb ki, 1970-ci illərin xəritəsi əsasında demarkasiya aparılsa, Ermənistan 1500 kvadrat kilometr ərazi itirəcək.
“1970-ci illərin xəritəsi ilə demarkasiya aparsaq, Ermənistan Sovet İttifaqı dövründə sahib olduğu sərhədlərə malik olacaq ki, bu da 1920-ci illərlə müqayisədə 1500 kvadrat kilometr azdır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az