Mərakeş HDQ sualtı qayıqlara qarşı döyüş qabiliyyətini artırmaq istəyir

2022/01/Moroc-1641802035.jpg
Oxunub: 545     11:51     17 Yanvar 2022    
Mərakeş Hərbi Dəniz Qüvvələri sualtı qayıqlara qarşı döyüş qabiliyyətini, kəşfiyyat-nəzarət və müşahidə, axtarış-xilasetmə və radioelektron kəşfiyyat imkanlarını artırmaq üçün iki çox missiyalı dəniz patrul təyyarəsi almaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə “Defense” internet saytında məlumat yayılıb.

Hazırda Mərakeş Hərbi Dəniz Qüvvələri iki dəniz patrul təyyarəsini təchiz etmək üçün bir neçə namizəd seçib. Seçilən iki namizəd “Leonardo” və “Airbus” olacaq, lakin bütün potensial namizədlərin qiymətləndirilməsi prosesi texniki qiymətləndirmələr və maliyyə aspektləri ilə növbəti bir neçə ay ərzində davam edəcək.

Avropalı namizədlərlə yanaşı, Amerikanın “Boeing” şirkətinin P-8 “Poseidon” təklifi də qiymətləndiriləcək, lakin bu təyyarə çox bahadır və əməliyyat istifadəsi baxımından yüksək qiymətə malikdir. Amerikanın “Lockheed Martin” şirkəti də SC-130J “Sea Hercules” təyyarəsini təklif edib, lakin bu rədd edilib.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərakeş   HDQ  


Bizi "telegram"da izləyin