Erməni türkşünas: “ABŞ-ın vasitəçiliyi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması bizim üçün faydalıdır”

2021/12/chakr-1639563481.jpg
Oxunub: 501     17:30     14 Yanvar 2022    
“Hazırda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün iki təşəbbüs var”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Hakob Çakryan deyib.

Onun sözlərinə görə, bu təşəbbüslərdən birincisi Putindir.

“Mariya Zaxarova bir neçə dəfə Rusiyanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına vasitəçilik edəcəyini və töhfə verəcəyini bəyan edib. Bundan sonra amerikalılar təşəbbüs göstərməyə başlayıblar”, - deyə Çakryan qeyd edib.

Erməni türkşünas vurğulayıb ki, Amerikanın təşəbbüsündən sonra Rusiya monopoliyasını itirən Moskva indi onlarla elçilərin görüşünü təşkil etməyə çalışır.

“ABŞ-ın vasitəçiliyi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması bizim üçün müqayisə olunmayacaq dərəcədə faydalıdır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Türkiyə  


Erməni türkşünas: “ABŞ-ın vasitəçiliyi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması bizim üçün faydalıdır”

2021/12/chakr-1639563481.jpg
Oxunub: 502     17:30     14 Yanvar 2022    
“Hazırda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün iki təşəbbüs var”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Hakob Çakryan deyib.

Onun sözlərinə görə, bu təşəbbüslərdən birincisi Putindir.

“Mariya Zaxarova bir neçə dəfə Rusiyanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına vasitəçilik edəcəyini və töhfə verəcəyini bəyan edib. Bundan sonra amerikalılar təşəbbüs göstərməyə başlayıblar”, - deyə Çakryan qeyd edib.

Erməni türkşünas vurğulayıb ki, Amerikanın təşəbbüsündən sonra Rusiya monopoliyasını itirən Moskva indi onlarla elçilərin görüşünü təşkil etməyə çalışır.

“ABŞ-ın vasitəçiliyi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması bizim üçün müqayisə olunmayacaq dərəcədə faydalıdır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin