Argentina donanması üçün sualtı qayıqlar axtarır

2022/01/deniz-1641630791.jpg
Oxunub: 831     17:59     20 Yanvar 2022    
Hərbi Dəniz Qüvvələrini (HDQ) “cavanlaşdırmaq” qərarı verən Argentina sualtı qayıq axtarışındadır.

Ordu.az xəbər verir ki, “ARA San Juan” (S-42) sualtı qayığı 15 noyabr 2017-ci ildə Cənubi Atlantikada missiya zamanı batdıqdan sonra Argentina HDQ-nin inventarında cəmi 2 sualtı qayıq qalıb.

Qonşu ölkələr olan Braziliyada 5, Çilidə 4, Peruda 6, Kolumbiyada 2 sualtı qayıq var.

Açıq mənbələrə görə, Argentina Hərbi Dəniz Qüvvələrinin “Santa Cruz S-41” və “Salta S-31” adlı iki sualtı qayığı var. “Santa Cruz” 1980-ci illərdə “Thyssen Nordseewerke” tərəfindən “San Juan” sualtı qayığı ilə birlikdə inşa edilmiş dizel-elektrik sualtı qayıqdır.

“Salta Type 209” “Howaldtswerke-Deutsche Werft” tərəfindən ixrac üçün hazırlanmış sualtı qayıqdır. 2012-ci ildə minimum 190 gün tələb edilməsinə baxmayaraq öz donanmasında olan sualtı qayıqları yalnız 19 saat su altında saxlaya bilən Argentina baxım və təlimin olmaması nəticəsində 2020-ci ildən etibarən hər iki sualtı qayığı aktiv istifadədən çıxarıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Argentina   Donanma  


Bizi "telegram"da izləyin