Ordu.az xəbər verir ki, bu barədə Amerika Aeronavtika və Astronavtika İnstitutuna məxsus “Aerospace America” jurnalı məlumat yayıb.
Təyyarə “Valkyrie” kimi tanınan konsepsiyaya əsaslanır. Bu təyyarənin istifadəsi həm mülki, həm də hərbi məqsədlər üçün ola bilər.
“Boeing” hipersəs təyyarəsi üçün texniki xüsusiyyətləri və dizayn məlumatlarını hələ açıqlamayıb. Yalnız onunla “Valkyrie” arasında struktur fərqlərinin olduğu məlumdur. Xüsusilə, bu, mühərriklərin yerləşdirilməsinə aiddir. Hava vasitəsi maksimum 5 Max sürətə çata bilər (səs sürətindən 5 qat çox). Sələfindən fərqli olaraq, gövdəsi daha düzdür.
O da məlumdur ki, hipersəs təyyarənin təqdim olunan versiyasında gövdə konstruksiyasında xüsusi kompozit materialdan istifadə olunacaq. Bu kompozisiya ilə bağlı konkret məlumatlar hələ təqdim edilməyib.
Yeni hava vasitəsinin bənzədiyi sələfi “Valkyrie” 2018-ci ildə nümayiş etdirilib. Onun “Lockheed Martin”in istehsal etdiyi SR-72-yə cavab olaraq yaradıldığı güman edilir.
Sevinc Əliyeva
Ordu.az