Ermənistan Müdafiə Nazirliyinin məlumatlarına əsasən 44 günlük müharibədən sonra itkilər
10 dekabr 2021-ci il. Ermənistan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu sıravi Vahe Vaqarşak Manaseryan (2002-ci il təvəllüdlü) ölüb, 6 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti isə orta-ağırdır.
22 noyabr 2021-ci il. Ermənistan ordusunun hərbi qulluqçusu, sıravi Suren Yurik Səfəryan (2002-ci il təvəllüdlü) ölüb.
19 noyabr 2021-ci il. Sərhəd toqquşmalarından sonra gedən döyüşlərdə erməni tərəfinin 6 itkisi var. Baş leytenant Taron Civani Sahakyan (1990), müqaviləli hərbi qulluqçular: Merujan Arturi Ha0rutyunyan (1991), Qurgen Aşot Sarkisyan (1990), Artur Civani Martirosyan (1998), David Alberti Amiryan (1980). Ölən daha bir hərbi qulluqçunun kimliyi hələ də araşdırılır.
Qeyd edək ki, döyüşlərlə yanaşı, Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Eduard Ağacanyan erməni tərəfinin azı 15 itkisinin olduğunu, Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti isə bundan əvvəl 10-a yaxın ölünün olduğunu bildirmişdi.
1 sentyabr 2021-ci il. Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu 1982-ci il təvəllüdlü Qeqam Lyova Sahakyan ölüb.
16 avqust 2021-ci il. Ermənistan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu 2002-ci il təvəllüdlü Arman Hovhannes Hakopyan gərgin atışma nəticəsində güllə yarası alıb.
16 avqust 2021-ci il. Saat 09:50 radələrində Ermənistan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin 1975-ci il təvəllüdlü hərbi qulluqçusu baş çavuş Vahan Dimiki Tatosyan ölümcül güllə yarası alıb.
28 iyul 2021-ci il. İyulun 28-nə keçən gecə baş leytenant Hayk Hovhannes Qorqyan, sıravi əsgərlər Koryun Arayik Harutyunyan və Davit Qarnik Köçəryan ölüb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, döyüş əməliyyatları zamanı 3 hərbi qulluqçu, Ermənistan Penitensiar Xidmətdən verilən məlumata görə isə 5 çağırışçı və sıravi hərbi qulluqçu müxtəlif dərəcəli güllə yaraları və qəlpə yaraları alıb.
14 iyul 2021-ci il. Ermənistan Silahlı Qüvvələrinin hərbçi qulluqçusu ölümcül güllə yarası alıb (ad açıqlanmır).
Firuz Bağırov
Ordu.az