Ordu.az xəbər verir ki, bu barədə “Defence News” nəşri yazıb.
Peyk fotoları “Google Earth” vasitəsilə çəkilib.
Çinin “China North Industries Group Corporation Limited” (NORINCO) şirkəti 2017-ci ilin dekabrında Mərakeşə 24 ədəd “Sky Dragon 50” orta mənzilli HHM sistemi satıb. Afrika ölkəsi həmçinin Fransanın “VL Mika” qısa mənzilli raketdən müdafiə sistemini satın alıb. Şaquli buraxılış sistemi üçün 200 milyon avroluq (226 milyon ABŞ dolları) müqavilə 2019-cu ildə Avropa raket istehsalçısı MBDA ilə Mərakeş arasında imzalanıb.
İnşa 2020-ci ilin avqustunda başa çatıb.
Sevinc Əliyeva
Ordu.az