Banqladeş Rusiyadan Mi-28NE hücum helikopteri alır

2022/01/Mi-28-1641361039.jpg
Oxunub: 834     16:03     05 Yanvar 2022    
Banqladeş Hərbi Hava Qüvvələri ordunun 2030-cu il hədəfləri çərçivəsində vurğulanan güclü milli müdafiə sistemi üçün Rusiyadan 8 ədəd Mi-28 NE hücum helikopteri alacaq.

Ordu.az xəbər verir ki, bu barədə Banqladeş Maliyyə Nazirliyi məlumat yayıb.

Helikopterlərin tədarükü təxminən 478 milyon dollara başa gələcək.

“Air Recognition” nəşrinin verdiyi məlumata görə, Banqladeş Hərbi Hava Qüvvələri Rusiyadan helikopter alınmasının ilkin razılaşdırılması üçün Maliyyə Nazirliyinə təklif göndərib. Rusiya Hökuməti, Banqladeş Hərbi Hava Qüvvələrinin cari və qarşıdan gələn maliyyə ilində 8 MI-28 NE hücum helikopteri alması çərçivəsində bildirib ki, G2G (hökumətdən-hökumətə) üçün razılıq verilib və satınalma 478 milyon dollara başa gələcək.

Layihə Banqladeş milli müdafiə sistemini mərhələli şəkildə gücləndirmək məqsədi daşıyan 2030 hədəfləri çərçivəsində həyata keçirilir. 2020-ci ildə layihə çərçivəsində “Boeing”in AH-64E “Apache” hücum helikopteri potensial namizəd kimi seçilib. Lakin ABŞ-ın təklif etdiyi şərtlər Banqladeşi alışını yenidən nəzərdən keçirməyə məcbur edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Banqladeş  


Bizi "telegram"da izləyin