Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Təhvil verilən torpedoların təlim məqsədli olduğu bildirilir. Döyüş üçün nəzərdə tutulan toprdolar tezliklə istifadəyə veriləcək.
Bu günə qədər “Akya” ilə 60-dan çox atış sınağı həyata keçirən ROKETSAN torpedoların “Muren” kimi döyüş idarəetmə sistemləri ilə inteqrasiya işlərini həyata keçirəcək.
2009-cu ildə başlayan layihə çərçivəsində ROKETSAN tərəfindən hazırlanan “Akya” torpedoları sualtı və ya suüstü hədəflərin məhv edilməsi üçün sualtı platformalar tərəfindən istifadə ediləcək.
Sevinc Əliyeva
Ordu.az