Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Pakistan sistemləri silahlanmaya qəbul edib.
Sistemlər Pakistan Hərbi Dəniz Qüvvələrinin “Agosta-90B” sinfinə məxsus sualtı qayıqlarının modernizasiyası çərçivəsində ASELSAN tərəfindən milli və yerli resurslarla hazırlanıb.
Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi ilə inkişaf etdirilən “Zargana” sistemləri İndoneziya Hərbi Dəniz Qüvvələrinə də təhvil verilib.
“Zargana” sualtı qayıqdan əldə edilən hədəf və ətraf mühit məlumatlarından istifadə etməklə sualtı qayığa istiqamətlənmiş topedoya qarşı ən uyğun yayınma taktikasını təyin etməyə, limanda yerləşən işəsalma qurğularından akustik aldadıcı və maneələrin proqrama uyğun olaraq buraxılmasına imkan verir.
Sevinc Əliyeva
Ordu.az