"Repatriasiya sahəsində nəinki irəliləyişimiz yoxdur, hətta geriyə gedirik" - Sasunyan

2022/01/d5gf-1641318554.jpg
Oxunub: 808     13:49     14 Yanvar 2022    
"2021-ci ildə Ermənistanın çox pis vəziyyəti davam etdi, hələ də müharibənin nəticələrini daşıyırıq".

Ordu.az xəbər verir ki, bunu "California Courier" qəzetinin naşiri və baş redaktoru Harut Sasunyan deyib.

Onun sözlərinə görə, ermənilər hələ də çox pis vəziyyətdədirlər və müharibənin uğursuzluğunun zərərlərini daşımağa davam edirlər.

"Çox bədbin olmaq istəmirəm, amma vəziyyətimiz nəinki çox pisdir, daha da pisləşir, qorxuram 2022-ci ildə vəziyyətimiz daha da pisləşsin, çünki üfüqdə yaxşı şeylər görmürəm", - deyə Sasunyan qeyd edib.

"California Courier" qəzetinin redaktoru bildirib ki, Ermənistana qayıtma sahəsində irəliləyiş yoxdur.

"Repatriasiya sahəsində nəinki irəliləyişimiz yoxdur, hətta geriyə gedirik", - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sasunyan   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin