Məhv edilmiş erməni hərbi qulluqçunun anası: "Müharibənin nə vaxt olacağını bilirdilər"

2022/01/df45g-1641316308.jpg
Oxunub: 1076     15:05     22 Yanvar 2022    
44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçulardan biri Narek Ohanyandır.

Ordu.az xəbər verir ki, Narek məktəbi bitirdikdən sonra Ermənistan ordusuna çağrılıb.

O, iyulun 2-də qulluğa gedib, Əsgəranda 2 ay yarımı karantində keçirib, daha sonra sentyabrın 3-də "Tsor" hərbi hissəsinə köçürülüb.

"Bu, saniyələr ərzində baş verib, silah-sursatla əmr gözləyirdilər. Müharibənin nə vaxt olacağını bilirdilər, sadəcə bilmirdilər ki, nə vaxt, hansı dəqiqə, hansı anda başlayacaq. Amma mütləq şəkildə bilirdilər", - deyə məhv edilmiş erməni hərbi qulluqçunun anası qeyd edib.

Məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçuları çox yaxında, 400 metr məsafədə olublar, erməni hərbi qulluqçular kömək istəyiblər, lakin köməksiz qalıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Məğlubiyyət  


Bizi "telegram"da izləyin