Bu gündən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının maaşları artırlır

2021/10/16219-1633936536.jpg
Oxunub: 2230     09:02     01 Yanvar 2022    
Bu gündən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının maaşları artırlır.

Ordu.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarına bir sıra əlavələrin müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həmin əlavələrin şamil olunmadığı həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilir.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Maaş  


Bizi "telegram"da izləyin