İsrail ABŞ-dan 12 hərbi helikopter alır

2021/02/3RMYW-1614320699.jpg
Oxunub: 1610     12:50     31 Dekabr 2021    
İsrail ABŞ-dan 12 hərbi helikopterin alınması ilə bağlı müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan helikopterlər İsrailin köhnəlmiş “Sikorsky CH-53” (“Yasur”) hücum helikopterlərini əvəzləyəcək.

Məlumata görə, İsrail ABŞ-ın “Boeing” şirkətinin istehsalı olan yeni KC46 markalı yanacaqdolduran təyyarələr də alacaq.

ABŞ-la İsrail arasında bu anlaşmaların ümumi dəyəri 2 milyard dollara yaxındır.

Helikopterlərin 2026-cı ildə İsrailə gətiriləcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ  


Bizi "telegram"da izləyin