Azərbaycan və Səudiyyə Ərəbistanı silahların qanunsuz dövriyyəsinə dair məlumat mübadiləsi həyata keçirəcək

2020/04/1586966232.jpg
Oxunub: 1000     12:21     30 Dekabr 2021    
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı həssas malların qanunsuz dövriyyəsinə dair məlumatların mübadiləsini həyata keçirəcək.

Ordu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, razılığa gələn tərəflər öz təşəbbüsləri ilə və ya sorğu əsasında onların hər hansı birinin gömrük qanunvericiliyinə qarşı hüquqpozma təşkil edən və ya təşkil edə biləcək, planlaşdırılan və ya həyata keçirilmiş silahlar, raketlər, partlayıcı və ya nüvə materialları, mühüm tarixi, mədəni və ya arxeoloji dəyərə malik incəsənət əsərləri, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, zəhərli maddələr, həmçinin ətraf mühit və əhalinin sağlamlığı üçün təhlükəli olan maddələr, pirat və kontrafakt malların qanunsuz dövriyyəsi ilə bağlı istənilən fəaliyyət barədə bütün müvafiq məlumatlarla bir-birini təmin edir.

Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin