Yaponiyanın silah sənayesi çətinliklərlə üzləşib

2021/12/UIAW7-1640850676.jpg
Oxunub: 1416     15:57     30 Dekabr 2021    
Yaponiyanın şimalındakı Hokkaydo adasında bu yaxınlarda keçirilən sınaqlar zamanı onlarla “Type 90” və ya “Kyumaru” tankları ölkənin strateji təhdidlərə qarşı müdafiəsini gücləndirmələrinə baxmayaraq, silah istehsalçıları həm ölkə daxilində, həm də xaricdə çətinliklərlə üzləşib.

Ordu.az xəbər verir ki, bu barədə com “Defensenews” nəşri yazıb.

Yaponiya Özünümüdafiə Qüvvələrinin ABŞ istehsalçıları tərəfindən satılan daha təkmil təyyarə və silahlara ehtiyacı var, çünki Yaponiyanın strateji diqqəti şimalda Rusiyaya, cənubda Çinin qırıcı təyyarələri və gəmilərinə, eləcə də Şimali Koreyanın raket buraxılışlarına yönəlib.

“Mitsubishi”, “IHI Corp.” və “Kawasaki Heavy Industries” kimi böyük Yaponiya müdafiə istehsalçıları 20-ci əsrin tanklarını, təyyarələrini və gəmilərini satmaqda çətinlik çəkirlər. Onlar “Northrop Grumman” və “Boeing” şirkətləri kimi ordu üçün daha yaxşı PUA-lar inkişaf etdirə bilmirlər.

Yaponiyanın beynəlxalq silah satışı hələ reallaşmayıb. Rəqabətsiz, yüksək qiymətlər, köhnə texnologiya və zəif hökumət dəstəyi ilə Yaponiyada silah istehsalçıları getdikcə biznesdən çəkilirlər.

“Mitsubishi Heavy Industries” tərəfindən istehsal edilən böyük “Kyumaru” tankları 30 il əvvəl debüt edib və daha yüngül və daha mobil zirehli maşınlarla əvəz olunur, onlar ictimai yollarda hərəkət edə bilir və ya amfibiya qabiliyyətinə malikdir. Ancaq Yaponiya hökuməti ABŞ sistemlərinə daha çox meyillidir.

Yaponiya 2015-ci ildə ləng yerli müdafiə sənayesini gücləndirmək və dost ölkələrlə birgə texnologiya araşdırması, inkişafı və satışı təşviq etmək üçün özünün Satınalma, Texnologiya və Logistika Agentliyini yaradıb. Lakin hökumət satışları təşviq etmək əvəzinə, ABŞ-dan alışları artırdığı üçün ölkə daxilində mənfəət azalıb.

Yaponiya 2,2% qlobal payla dünyanın 12-ci ən böyük silah idxalçısıdır, ən çox müttəfiqi ABŞ-dan silah alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Silah  


Bizi "telegram"da izləyin