"Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı" - İbrahim Kalın

2021/12/61538-1640581101.jpg
Oxunub: 3733     10:11     27 Dekabr 2021    
"Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı".

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə prezindetinin mətbuat katibi İbrahim Kalın Türkiyənin Çikaqodakı Baş Konsulluğunda ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.

İ.Kalın suala cavabında deyib ki, ABŞ-dakı erməni lobbisi anti-Türkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib:

"Qafqazda çox fərqli proses gedir və indi bu erməni diasporun bütün enerjisi, arqumentləri üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi, müstəqilliyini əldə etməsi və Azərbaycanın öz torpaqlarına qayıtması ilə orada tarixin yeni səhifəsi açılıb".

İ.Kalın qeyd edib ki, Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar. Türkiyə rəsmisi normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb. O söyləyib ki, dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Türkiyə  


Bizi "telegram"da izləyin