ABŞ Ordusunun yeni bombardmançı təyyarəsi gələn il təqdim ediləcək

2018/02/2_3037212072.jpg
Oxunub: 1312     19:18     28 Dekabr 2021    
Gələn il ABŞ Hərbi Hava Qüvvələrinin ən çox gözlənilən yeni təyyarəsini təqdim edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” nəşri yazıb.

B-21 “Raider” konkret tarix məlum olmasa da, 2022-ci ildə ictimaiyyətə təqdim olunacaq. Bir neçə ay sonra “Raider” ilk sınaq uçuşunu edəcək.

Bu, “Northrop Grumman” şirkətinin 1988-ci ilin noyabrında Kaliforniya ştatının Palmdale şəhərindəki Hərbi Hava Qüvvələrinin 42-ci Zavodunda B-2 “Spirit” bombardmançısının ictimaiyyətə təqdim edilməsindən sonra son otuz ildən artıq müddətdə yeni bombardmançının ictimaiyyət qarşısında ilk təqdimatı olacaq. B-2-nin ilk uçuşu 1989-cu ilin iyulunda baş tutdu.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raider   ABŞ  


Bizi "telegram"da izləyin