Putin: “Prezident İlham Əliyevin siyasi müdrikliyi hərbi əməliyyatların dayandırılmasına öz töhfəsini verdi”

2021/09/42724-1632388115.jpg
Oxunub: 26757     13:24     24 Dekabr 2021    
“Hesab edirəm ki, onun atası (ulu öndər Heydər Əliyev – “Report”) nəinki bugünkü müstəqil, suveren Azərbaycanın, həmçinin bizim hamımızın ümumi, keçmiş dövlətimiz, ümumi Vətənimiz – Sovet İttifaqının görkəmli siyasi xadimi idi”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmdə bildirib.

“O, Sovet İttifaqının böyük siyasi xadimi idi və əlbəttə, Vətəni Azərbaycan üçün də görkəmli siyasətçi idi”, - V. Putin söyləyib.

Azərbaycan-Rusiya münasibətlərindən danışan Kreml sahibi deyib: “Dövlətlərarası münasibətlər qurulanda həmin ölkənin birinci şəxslərinin arasında şəxsi əlaqələr həmişə əsaslı rol oynayır. Çünki bu, müəyyən atmosfer yaradır”.

V.Putin daha sonra İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarına toxunub: “Bu çətin dövrdə biz, təbii ki, bir-birimizlə əlaqə saxlayırdıq. Demək olar ki, mən hər gün, bəzən isə gün ərzində bir neçə dəfə Ermənistan rəhbərliyi ilə, eyni zamanda, Azərbaycan rəhbərliyi ilə əlaqə saxlayırdım.

Rusiya burada vasitəçi rolunda çıxış etdi və mən şadam ki, biz bu razılaşmalara nail ola bildik. Bu gün Rusiya sülhməramlıları sülhün qorunması kimi əsas vəzifəni yerinə yetirirlər. Amma təbii ki, bəzi hallar olurdu ki, - yəni mən bir çox əvvəlki illərdən bəri davam edən ziddiyyətlərin və faciələrin dərinliyini nəzərdə tuturam, - yəqin ki, bunlardan qaçmaq mümkün deyildi. Amma bizim məqsədimiz, son məqsəd ona yönəlmişdi ki, bu regionda insanlar özlərini rahat və inamlı hiss etsinlər, normal qarşılıqlı fəaliyyət üçün bütün maneələr aradan qaldırılsın, iqtisadiyyat inkişaf etsin, insanlar özlərini təhlükəsiz hiss etsinlər, yaxşı inkişaf perspektivlərinə malik olmaqla gələcəyə - özlərinə və övladlarına rahat baxa bilsinlər. Prezident Əliyevin siyasi müdrikliyi hərbi əməliyyatların dayandırılmasına da töhfəsini verdi”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin