"Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyəsi gələcəkdəki uğurların əsasıdır" - Qaribaşvili

2021/09/İrak-1631103200.jpg
Oxunub: 816     12:41     24 Dekabr 2021    
"Son dövrlərdə iki ölkə arasındakı tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsi gələcəkdəki uğurların əsasıdır”

Ordu.az xəbər verir ki, bunu Gürcüstan baş naziri İrakli Qaribaşvili AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmdə bildirib.

“Gürcü xalqı üçün çox dəyərli olan ölkələrimiz arasındakı bu dostluq iki dövlət üçün yaxşı qonşuluq və tərəfdaş əlaqələri deməkdir. Əminəm ki, bu strateji tərəfdaşlıq daim regionda sülhün inkişafının əsası olacaq. Ümid edirəm ki, dövlətlərimiz arasında unikal olan iqtisadi, enerji, nəqliyyat və hərbi tərəfdaşlıq daha da intensivləşəcək. Xüsusilə son dövrlərdə aramızdakı tərəfdaşlıq münasibətlərimizin yüksək səviyyəsi gələcəkdəki uğurların əsasıdır”, - o deyib

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaribaşvili   Azərbaycan  


Bizi "telegram"da izləyin