Ordu.az xəbər verir ki, proqramın son məqsədi Alyaska, eləcə də Kaliforniyada yerləşən mövcud raket sistemlərini əvəz edəcək yeni komplekslərin yaradılmasıdır.
1,6 milyard dollar məbləğində maliyyələşməni nəzərdə tutan genişmiqyaslı NGI proqramı Şimali Koreya və İran raketlərinə qarşı yönəlib.
Birləşmiş Ştatlar bu gün İrandan hansı raketin Alyaskaya və ya Kaliforniyaya çata biləcəyi barədə məlumat verməyib.
Yeni raket əleyhinə müdafiə sisteminin layihəsini həyata keçirmək üçün bir anda bir neçə şirkətin mütəxəssisləri, o cümlədən “Lockheed Martin” və “Northrop Grumman” kimi ABŞ-ın böyük şirkətləri cəlb edilib. İşdə “Raytheon Technologies”in nümayəndələri də iştirak edir.
Bu arada ekspertlər qeyd edirlər ki, yeni inkişafın əsas məqsədi ümumiyyətlə Şimali Koreya və İran raketləri deyil, Çinin hipersəs silahları ola bilər.
Sevinc Əliyeva
Ordu.az