Türkiyə HDQ-yə iki ədəd P-72 dəniz patrul təyyarəsinə təhvil verilib

2021/12/1639736136.jpg
Oxunub: 4575     16:13     17 Dekabr 2021    
Türkiyə Hərbi Dəniz Qüvvələrinə daha iki P-72 dəniz patrul təyyarəsi təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

Bu, “Meltem-3” layihəsi çərçivəsində Türkiyə donanmasına təhvil verilən patrul təyyarələrinin sayı 4-ə çatıb.

Layihə çərçivəsində son iki təyyarə tədarükünün 2022-ci ildə tamamlanması planlaşdırılır.

İtaliyanın “Leonardo” şirkətinin əsas podratçılığı ilə həyata keçirilən layihə türk sənayesinin sıx iştirakı ilə həyata keçirilir. TUSAŞ detallı hissələrin istehsalı, təyyarə modifikasiyası, material təchizatı, yer və uçuş sınaqlarına dəstək və inteqrasiya edilmiş logistika dəstəyi fəaliyyətlərini həyata keçirir.

Sistem/cihaz təchizatı ASELSAN tərəfindən təmin edilir. “Milsoft” tərəfindən hazırlanmış “Link 11” və “Link 16” sistemləri olsa da, HAVELSAN yerüstü stansiyada yenilənmələr aparıb. Təyyarədə radar, EDT və akustika kimi missiya sistemləri “Thales” şirkəti tərəfindən təmin edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-donanması   P-72   Dəniz-patrul-təyyarəsi  


Türkiyə HDQ-yə iki ədəd P-72 dəniz patrul təyyarəsinə təhvil verilib

2021/12/1639736136.jpg
Oxunub: 4576     16:13     17 Dekabr 2021    
Türkiyə Hərbi Dəniz Qüvvələrinə daha iki P-72 dəniz patrul təyyarəsi təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

Bu, “Meltem-3” layihəsi çərçivəsində Türkiyə donanmasına təhvil verilən patrul təyyarələrinin sayı 4-ə çatıb.

Layihə çərçivəsində son iki təyyarə tədarükünün 2022-ci ildə tamamlanması planlaşdırılır.

İtaliyanın “Leonardo” şirkətinin əsas podratçılığı ilə həyata keçirilən layihə türk sənayesinin sıx iştirakı ilə həyata keçirilir. TUSAŞ detallı hissələrin istehsalı, təyyarə modifikasiyası, material təchizatı, yer və uçuş sınaqlarına dəstək və inteqrasiya edilmiş logistika dəstəyi fəaliyyətlərini həyata keçirir.

Sistem/cihaz təchizatı ASELSAN tərəfindən təmin edilir. “Milsoft” tərəfindən hazırlanmış “Link 11” və “Link 16” sistemləri olsa da, HAVELSAN yerüstü stansiyada yenilənmələr aparıb. Təyyarədə radar, EDT və akustika kimi missiya sistemləri “Thales” şirkəti tərəfindən təmin edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-donanması   P-72   Dəniz-patrul-təyyarəsi  


Bizi "telegram"da izləyin