ABŞ İsrailin tanker təyyarəsi tələbinə mənfi cavab verib

2021/12/13dc--1639735912.jpg
Oxunub: 737     15:20     17 Dekabr 2021    
ABŞ İsrailin KC-46A “Pegasus” adlı havada yanacaq dolduran təyyarənin çatdırılması prosesini sürətləndirmək tələbinə mənfi cavab verib.

Ordu.az xəbər verir ki, bu barədə “New York Times” nəşri adı çəkilməyən mənbələrə istinadən yazıb.

Nəşr qeyd edir ki, İsrail İranın nüvə hədəflərinə mümkün hava zərbələri üçün keçən il sifariş etdiyi KC-46A “Pegasus” tanker təyyarələrini dərhal təhvil almağı tələb edib, lakin Bayden administrasiyası bunu rədd edib.

İsrailin çatdırılma cədvəlini sürətləndirməsində məqsəd İrana qarşı mümkün hava hücumları üçün təlimləri sürətləndirməkdir.

2020-ci ilin mart ayında ABŞ administrasiyası 8 KC-46A qurğusunun İsrailə 2,4 milyard dollara satışını təsdiqlədi, lakin İsrailin bu təyyarələri nə vaxt almağa başlayacağı bəlli deyildi.

“New York Times”da çıxan xəbərə görə, bu təyyarələrin 2024-cü ildən əvvəl İsrailə çatdırılması çətin görünür. İsrail isə ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanmış KC-46A-nın ilk partiyasını ona çatdırmaq üçün kampaniya aparır.

Təyyarənin istehsalçısı olan “Boeing” şirkəti, hətta ABŞ Hərbi Hava Qüvvələri üçün istehsal olunan təyyarələrin tədarük cədvəlində gecikib. Gecikmələr təyyarədəki texniki problemlər və istehsal xəttində keyfiyyətə nəzarətin olmaması ilə bağlıdır.

Keçən aylarda məlum oldu ki, bu təyyarələrdən birində Şimali Karolinadakı aviabazaya uçarkən daxili yanacaq xəttində ilişib qalmış plastik qapaq aşkar edilib, bundan sonra bu ilin əvvəlində “Pegasus”un tədarükü təxminən bir ay dayandırılıb.

Təyyarənin istehsalında yaşanan problemlərə görə tədarük təqvimində 2024-cü ilin hədəfləndiyi qeyd edilir. Bu, narahatedicidir, çünki İsrail hökumətinin bu təyyarələri daha tez əldə etmək istəyinin əsas səbəbi İrana potensial hücumları dəstəkləmək üçün təkmilləşdirilmiş havada yanacaq doldurma qabiliyyətinə olan ehtiyacdır.

İsrail niyə KC-46-ları istəyir?

İsrailin alacağı KC-46-lar ölkənin hava qüvvələrinə ciddi imkanlar qatacaq. Təyyarənin üstün imkanları sayəsində İsrail döyüş təyyarələri çox daha uzun məsafələrə çata və havada daha uzun müddət qala biləcək.

Bu halda İsrailə ya BƏƏ-dən, ya da Səudiyyə Ərəbistanından tanker təyyarələri lazım olacaq ki, hər iki ölkə İrana qarşı dost mövqe sərgiləməsə də, belə bir hava hücumu kampaniyasında iştirak etməkdə son dərəcə tərəddüd edir.

Ümidsizlik vəziyyətində İsrailin alternativləri olduğunu da söyləmək olar. KC-46-nın tədarükü gecikərsə, onların “Airbus” şirkətinin istehsalı olan A330 MRTT tanker təyyarələrinə üz tutmaları tamamilə mümkündür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   Təyyarə  


Bizi "telegram"da izləyin