Əskiparaya gedən magistralın 3 hissəsi Azərbaycan sərhədinə düşəcək, alternativ yollar çəkiləcək

2021/12/sd65f-1639563201.jpg
Oxunub: 1891     16:21     15 Dekabr 2021    
Azərbaycanla Ermənistan arasında gözlənilən demarkasiya və delimitasiya işləri nəticəsində Tavusda yeni alternativ yollar tikiləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri yazıb.

Nəşrin məlumatına görə, Ermənistan hakimiyyəti Əskiparaya gedən, eləcə də kəndin yanından keçən Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun bir neçə hissəsində alternativ yollar çəkməyə hazırlaşır.

“Yeni yol bir neçə kəndi Bağanisə birləşdirəcək. “Google” xəritəsinə görə, M16 avtomobil yolu bir neçə hissədən Azərbacan sərhədini keçir, Ermənistan hakimiyyəti isə “Google” xəritəsi ilə sərhəd çəkdiyindən təxminən 12 kilometrlik yeni yol inşa etməklə bağlı ilkin qərar var”, - deyə nəşr qeyd edib.

“Pastinfo” yazıb ki, xəritəyə görə, təxminən 3 hissədə magistral yol Azərbaycanla güman edilən yeni sərhədi keçəcək: “İlkin müzakirələrə görə, yeni alternativ yolun tikintisinə Tsağkavandan başlanacaq və Kirantsdan keçərək, Əskiparadan Bağanisə çatacaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əskipara   Yol  


Bizi "telegram"da izləyin