Ordu.az xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Maşınlar İspaniyanın EINSA şirkəti tərəfindən istehsal olunub
Keçən il İspaniya ordusu və EINSA şirkəti 4,8 milyon avro dəyərində müqavilə imzalayıb.
EINSA mülki və hərbi aviasiya üçün yerüstü dəstək avadanlıqlarını inkişaf etdirən, istehsal edən və bazara çıxaran Madriddə yerləşən mühəndislik şirkətidir.
“Neton” üstü açıq arxitekturadan istifadə edən “Toyota Hilux”un mülki şassisinə əsaslanır. Bununla belə, avtomobilin yeni mühərriki, transmissiyası var və şassinin hissələri hərəkətlilik və atəş gücü baxımından xüsusi təyinatlı qüvvələrin missiyalarının ehtiyaclarına cavab vermək üçün dəyişdirilib.
Sevinc Əliyeva
Ordu.az